» » Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb

İnsanlar keçid üçün icazənin verilməsini gözləyir.

Azərbaycanın “Sınıq Körpü” gömrük keçid məntəqəsində çiddi problemlərin yarandığı bildirilir.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə musavat.com-a oxuculardan biri məlumat verib.

Oxucunun verdiyi məlumata görə, hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsindən heç kəsə keçməyə icazə verilmir. Ona görə də, gömrük keçid məntəqəsində uzun növbə yaranıb.

Belə ki, “Sınıq Körpü” gömrük keçid məntəqəsində təxminən 300 nəfərə yaxın şəxs keçid üçün icazənin verilməsini gözləyir.