» » Sarkozi: Türkiyə üçün Avropada yer yoxdur

Sarkozi: Türkiyə üçün Avropada yer yoxdur

Sarkozi: Türkiyə üçün Avropada yer yoxdur

“Rusiya daha avropalaşmış ölkədir”.

Türkiyənin Aİ-yə qoşulmağı perspektivləri sağlam düşüncəyə ziddir, ölkə bir çox məqamlarda Avropa dövlətlərindən uzaqdadır.

ucarliyiq.biz-ın məlumatına görə, bu sözləri Fransanın keçmiş prezidenti Nikolya Sarkozi deyib.

O, qeyd edib ki, söhbət təkcə müasir Türkiyənin Avropa demokratik standartların uyğun olmamasından getmir.

“Türkiyə kiçik Asiyada yerləşir. Türkiyə böyük ölkədir, böyük sivilizasiyaya malikdir, lakin bu ölkə Asiya ilə Avropa arasında körpüdür. Türkiyə üçün Avropa İttifaqında yer yoxdur, və mən həmişə bu mövqedə olmuşam. Mənim mövqem sağlam düşüncəyə əsaslanır. Türklərə qarşı heç bir düşmənçiliyim yoxdur, onlar bizim NATO çərçivəsində dostlarımızdır. Lakin biz Türkiyənin Avropa olduğunu qəbul etsək, məktəblilərə Avropanın sərhədinin Suriyada bitəcəyini başa salmaq lazım olacaq. Bu isə sağlam düşüncəyə ziddir”, - siyasətçi deyib.

Sarkozi həmçinin bildirib ki, hətta coğrafi mənada Türkiyənin Avropa ilə Bosfor sahillərində bir sərhədi var.

“Biz Avropanı hansı ideya ilə yaşadırıq? Avropa İttifaqı - Avropa Birliyində olan ölkələrdir. Hətta coğrafi mənada Türkiyənin Avropa ilə Bosfor sahillərində bir sərhədi var. Belə bir sual yaranır, Türkiyə tarixi, mədəni, iqtisadi baxımdan Avropa dövləti hesab oluna bilərmi? Əgər biz bunu təsdiq ediriksə, biz Avropa İttifaqının süqutunu istəyirik. Əgər Türkiyəni Avropaya birləşdirmək istəyirsizsə, icazə verin bildirim ki, Rusiya bu baxımdan Türkiyədən daha avropalaşmış ölkədir”, - o, əlavə edib.