» » Nazarbayevin partiyası seçkilərdə qalib gəldi

Nazarbayevin partiyası seçkilərdə qalib gəldi

Nazarbayevin partiyası seçkilərdə qalib gəldi

“Bu bütün Qazaxıstanın qələbəsidir”.

Qazaxıstan şəffaf və ədalətli seçkilər keçirib, ölkə başçısı Nursultan Nazarbayev sədri olduğu “Nur Otan” partiyasının mərkəzi qərargahında seçkilərin nəticələrini şərh edərkən bildirib.

Bu barədə ucarliyiq.biz Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. 

“Exit poll”un nəticələrinə əsasən “Nur Otan” partiyası seçicilərin 82 faizinin səsini toplayıb.

N.Nazarbayev öz tərəfdarlarını qələbə münasibəti ilə təbrik edib və bunu “Bütün Qazaxıstanın qələbəsi” adlandırıb.

Prezident seçkiyə qatılmış digər partiyalara da təşəkkürünü bildirib.

Yeri gəlmişkən, “Nur Otan”la yanaşı “Ak jol” və Kommunist Xalq Partiyası da parlamentə keçib.

“Exit poll”un nəticələrinə görə, “Ak jol” 7,24, Kommunist Xalq Partiyası isə 7,22 faiz səs qazanıb.