» » Yer kürəsində yeni temperatur rekordları qeydə alınıb

Yer kürəsində yeni temperatur rekordları qeydə alınıb

Yer kürəsində yeni temperatur rekordları qeydə alınıb

Yüksək temperatur Hindistan və Pakistanda özünü də çox biruzə verib.

Bu il yanvar və fevral aylarında Yer kürəsində temperaturun yüksəlməsi ilə bağlı yeni rekordlar qeydə alınıb.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Ümumdünya Meteorologiya Təşkilatının yaydığı hesabatda əksini tapıb.
 
Hesabatda qeyd edilib ki, 2015-ci il də tarixdə qeyri-adi istilər, quraqlıq və tropik qasırğalarla yadda qalacaq. Keçən il dünyada temperatur güclü Əl-Nino qasırğasının müşahidə olunduğu 1961-1990-cı illərə müqayisədə 0,76 dərəcə isti olub. Bu ilin iki ayında da tendensiya saxlanılıb, aylıq temperaturlarla bağlı yeni rekordlar qeydə alınıb. Temperaturun artması xüsusən  şimal yarımkürəsində hiss edilib. Keçən il yüksək temperatur Hindistan və Pakistanda özünü də çox biruzə verib. 

Asiya və Cənubi Amerika tarixinə 2015-ci il Ən isti il kimi daxil olub.  Qərbi və Mərkəzi Avropada da yüksək temperatur dalğası davamlı olub, Almaniya (40,3 dərəcə), İspaniya (42,6 dərəcə) və Böyük Britaniyada (36,7 dərəcə) yüksək temperatur rekordları qeydə alınıb. Afrikanın cənubu, Cənubi Amerikanın şiamlı, Karib hövzəsinin və Mərkəzi Amerikanın bəzi rayonları güclü quraqlıqdan əziyyət çəkib. Bununla bərabər, Peru, Çili, Paraqvay, Braziliya və Argentinada, o cümlədən ABŞ və Meksikanın bir sıra rayonlarında ekstremal yağıntılar müşahidə edilib.
 
ÜMT baş katibi Pettet Talas 23 mart Ümumdünya Meteorologiya Günü münasibəti ilə bəyanatında isə qeyd edib ki, Yer artıq XX əsrin əvvəli ilə müqayisədə 1 dərəcə daha istidir. Baş katibi dünya liderlərini iqlim dəyişikliyi barədə Paris müqaviləini imzalamağa və atmosferə istilik effekti yaradan qazların buraxılmasını azaltmağa çağırıb.