» » Ərdoğan: BMT Təhlükəsizlik Şurasında reformalar keçirilməlidir

Ərdoğan: BMT Təhlükəsizlik Şurasında reformalar keçirilməlidir

Ərdoğan: BMT Təhlükəsizlik Şurasında reformalar keçirilməlidir

Türkiyə Prezidenti İstanbulda çıxış edib.

İstanbulda gənclər təşkilatlarının aktivistləri qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurasında reformalar keçirilməlidir. 

ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, hazırda Təhlükəsizlik Şurasının üzvlərinin sayı 15-dir: 

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvlərinin sayı 20-yə çatdırılmalı və daimi üzvlük ləğv edilməlidir:

“Bu sistemdə reformlar olmalıdır. Təsəvvür edin ki, burada 5 daimi və 15 qeyri-daimi üzv var. Təhlükəsizlik Şurasına Rusiya, Böyük Britaniya, Fransa, ABŞ, Çin daxildir. Orada Afrikanın nümayəndələri yoxdur.

Onlar da gərək bu qurumda təmsil olunsunlar. Cənubi Amerikanın da nümayəndələrinə Təhlükəsizlik Şurasında rast gəlmək mümkün deyil. Üstəlik, dini nöqteyi-nəzərdən bu beşlikdə nə müsəlman, nə də  buddist ölkələrin nümayəndəsi var”.