» » OPEK-in baş katibi: Neftin qiyməti artmağa başlayacaq

OPEK-in baş katibi: Neftin qiyməti artmağa başlayacaq

OPEK-in baş katibi: Neftin qiyməti artmağa başlayacaq

Abdullah əl-Bədri çıxış edib.

Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan neft ixracatçılarının görüşü uğurla başa çata bilər. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bunu neft ixrac edən ölkələr kartelinin (OPEK) baş katibi Abdullah əl-Bədri Avstriya paytaxtında təşkil olunmuş mətbuat konfransında çıxış zamanı deyib.

Əl-Bədrinin sözlərinə görə, tərəflər öncə neft hasilatı həcminin mümkün dondurulması üzrə razılığa gəlməli, daha sonra isə perspektiv vəziyyəti müzakirə etməlidirlər.

OPEK baş katibi onu da əlavə edib ki, neftin qiyməti artaraq «normal», lakin yüksək olmayan həddə çatacaq.