» » KİV: Aİ ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv olunacaq

KİV: Aİ ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv olunacaq

KİV: Aİ ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv olunacaq

Davudoğlu açıqlama vermişdi.

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.   

Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldə keçirilən Aİ-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.

“İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejiminin ləğvi üzrə proses bitəcək”, - deyə Ə. Davudoğlu bildirmişdi.

Bununla belə, Fransa prezidenti Fransua Olland qeyd etmişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.