» » Brüsseldəki terror qurbanları arasında azərbaycanlılar varmı?

Brüsseldəki terror qurbanları arasında azərbaycanlılar varmı?

Brüsseldəki terror qurbanları arasında azərbaycanlılar varmı?

XİN rəsmisi danışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.

ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, həmçinin bildirib ki, Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar. 

Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisədən sonra bütün reyslər ləğv edilib.