» » Savçenko 22 il müddətinə həbs olundu

Savçenko 22 il müddətinə həbs olundu

Savçenko 22 il müddətinə həbs olundu

Ukraynalı təyyarəçi təqsirli bilinib.

Donetsk məhkəməsi ukraynalı təyyarəçi Nadejda Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum edib. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, o, rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin qətlində təqsirli bilinib.

N. Savçenkonun həbs müddəti tutulduğu gündən - 2014-ci il 23 iyun tarixindən hesablanacaq.

Savçenko həmçinin Rusiya sərhədlərini qanunsuz keçməkdə təqsirli bilinib. Buna görə o, 30 min rubl məbləğində cərimə olunub.