» » Belçikada üçgünlük matəm elan olundu

Belçikada üçgünlük matəm elan olundu

Belçikada üçgünlük matəm elan olundu

Terror aktları nəticəsində 34 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Belçikada Brüsseldə törədilən terror aktları ilə əlaqədar üçgünlük matəm elan olunub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə qərarı Belçikanın daxili işlər naziri Jan Jambon elan edib.

Son məlumata görə, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, azı 200 nəfər yaralanıb.