» » Savçenkonun taleyi Putinin əlindədir

Savçenkonun taleyi Putinin əlindədir

Savçenkonun taleyi Putinin əlindədir

“Öz vədini yerinə yetirməyin vaxtı çatdı”.

Ukrayna prezidenti Pyotr Poroşenko 22 il azadlıqdan məhrum edilmiş pilot Nadejda Savçenko ilə bağlı hökmü şərh edərkən xatırladıb ki, “Normand formatında” görüş zamanı Rusiya prezidenti Vladimir Putin qadının cəzasını çəkmək üçün Ukraynaya qaytarılacağına söz verib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

“Putin Normand formatında görüşlər zamanı bəyan edirdi ki, məhkəmə qərarından sonra Nadejda Savçenkonu Ukraynaya qaytaracaq. Öz vədini yerinə yetirməyin vaxtı çatıb.

Mən isə öz növbəmdə Ukraynaya qarşı silahlı təcavüzdə iştiraka görə ərazimizdə saxlanılmış iki rusiyalı hərbçini Rusiyaya qaytarmağa hazıram”, - deyə, Poroşenko bildirib.

Onun sözlərinə görə, məhkəmə araşdırmaları başa çatdıqdan sonra o, saxlanılmış rusiyalıların ölkələrinə getmələrini təmin etməyə hazırdır.