» » Fətullah Gülən Türkiyəyə lənət oxudu - VİDEO

Fətullah Gülən Türkiyəyə lənət oxudu - VİDEO

Fətullah Gülən Türkiyəyə lənət oxudu - VİDEO

O, Ərdoğanı səriştəsizlikdə günahlandırıb.

Nurçuların lideri Fətullah Gülən növbəti dəfə Türkiyəyə lənətlər yağdırıb.

ucarliyiq.biz-ın məlumatına görə, Türkiyənin PKK və İŞİD terroru ilə mübarizə apardığı bir dönəmdə, öz ölkəsi üçün dua oxumaq əvəzinə, Fətullah Gülən yenidən Türkiyə hakimiyyətini və təhlükəsizlik xidmətlərini lənətləyib.

Gülən Türkiyə hökümətini ona yaxın adamların əsassız həbsində günahlandırıb.

Həmçinin nurçuların başçısı Türkiyə mətbuatını hökümətə işləməkdə ittiham edib.

Bundan sonra o, Türkiyə hakimiyyətini və ölkə prezidentini səriştəsizlikdə günahlandıraraq, onların ünvanına təhqiramiz sözlər işlədib.

Gülən çıxışında mövcud Türkiyə iqtidarını “səviyyəsiz”, “ağlı heç bir şeyi dərk etməyən” kimi ifadələrlə təhqir edərək deyib: “Biz bir kəndi idarə edə bilməyənlərin, uşaq-muşağın əlində qalmışıq”.