» » Atlanta aeroportu partlayış səbəbindən təxliyyə olunub

Atlanta aeroportu partlayış səbəbindən təxliyyə olunub

Atlanta aeroportu partlayış səbəbindən təxliyyə olunub

Yüzlərlə sərnişin hava limanından çıxarılıb.

ABŞ-ın Atlanta şəhər (Corciya ştatı) hava limanında partlayış təhlükəsi səbəbindən insanları təxliyyə olunub.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, şübhəyə əsas aeroportda naməlum şəxs tərəfindən qoyulan bağlama olub.

Yüzlərlə sərnişin təxliyyə edilib.

Aeroport nüməyəndəsinin sözlərinə görə, mütəxəssislər bir müddət sonra bağlamanı yoxlayıblar və narahatlığa səbəb olacaq heç nə aşkarlamayıblar.

Hava limanının mətbuat xidmətindən bildiriblər ki, təxliyyə təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilib.