» » Ərdoğan: Brüsseldə terror aktı törədən şəxs Türkiyədən deportasiya edilib

Ərdoğan: Brüsseldə terror aktı törədən şəxs Türkiyədən deportasiya edilib

Ərdoğan: Brüsseldə terror aktı törədən şəxs Türkiyədən deportasiya edilib

«Belçikalılar həmin şəxsi sərbəst buraxıblar”.

Brüsseldə terror aktı törətməkdə şübhəli bilinənlərdən biri 2015-ci ildə Türkiyədən deportasiya edilib.

ucarliyiq.biz-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Brüsseldəki terrorçulardan biri 2015-ci ildə Qaziantepdə saxlanılıb, iyulun 14-də ona qarşı deportasiya proseduru başlanılmışdı. Bununla əlaqədar biz Belçika səfirliyini məlumatlandırmışdıq, həmin şəxsin terrorçu olduğu barədə xəbərdarlıq etmişdik. Buna baxmayaraq belçikalılar həmin şəxsi sərbəst buraxıblar və onun öz istəyi ilə Niderlanda göndəriblər”, - deyə Ərdoğan bildirib.