» » İrəvan-Moskva təyyarəsində bomba həyəcanı

İrəvan-Moskva təyyarəsində bomba həyəcanı

İrəvan-Moskva təyyarəsində bomba həyəcanı

Məktub elektron poçt vasitəsilə göndərilib.

Ermənistanın hüquq-mühafizə orqanları İrəvan-Moskva təyyarəsinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ermənistanın polisinin mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan məlumat verib.

Daha əvvəl Yerevanın “Zvartnots” hava limanına çoxlu sayda polis, Milli Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gəlib. Belə ki, hüquq-mühafizə orqanlarına Yerevandan Moskvaya uçacaq təyyarəyə bomba qoyulması barədə məlumat daxil olub. Məktub elektron poçt vasitəsilə göndərilib.

Hava limanının sözçüsü Gevorq Abramyan hazırda aeroportda vəziyyətin sakit olduğunu bildirib: 

“Hər şey yaxşıdır, panika yoxdur. Aeroport binasının girişində həmişə olduğu kimi iki polis avtomobili növbə çəkir”. (Report)