» » Türkiyədə PKK-çılarla atışma: 8 əsgər şəhid olub

Türkiyədə PKK-çılarla atışma: 8 əsgər şəhid olub

Türkiyədə PKK-çılarla atışma: 8 əsgər şəhid olub

Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlanıb.

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində PKK terror təşkilatının üzvləri ilə atışmada Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 8 hərbçisi həlak olub, 24 nəfər yaralanıb. 

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, atışmadan sonra vilayətdə PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı başlanıb.

Xatırladaq ki, son aylar Türkiyənin cənub-şərqində PKK-nın hərbi hissə və polis məntəqələrinə hücumların sayı artıb.

2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən artıq hərbçi həlak olub.