» » Obamanı Facebook-da hədələyən şəxs həbs olundu

Obamanı Facebook-da hədələyən şəxs həbs olundu

Obamanı Facebook-da hədələyən şəxs həbs olundu

Brayan ABŞ prezidentini öldürməklə hədələyib.

Viskonsin ştatının hakimi Uilyam Konli ötən ilin yayında ABŞ-da prezident Barak Obamanı Facebook-da hədələyən Brayan Datçeri 3 il müddətinə azadlıqdan məhrum edib.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, Datçer 2015-ci ilin iyununda Facebook-da yazıb ki, konstitusion hüququndan istifadə edərək Barak Obamanı La-Kross şəhərinə səfəri zamanı öldürəcək. 

La-Kross kitabxanasının mühafizəçisi bildirib ki, Brayan Datçer ona prezidenti güllələmək niyyətindən danışıb. Yanvarda federal andlılar məhkəməsi Datçeri prezident Obamanı hədələməkdə təqsirli bilib.

2013-cü ilin iyununda Alabama sakini də sosial şəbəkədə Obamanın ünvanına yazdığı hədə bəyanatına görə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.