» » Azərbaycanlı yenidən LXR-nın baş prokuroru seçildi

Azərbaycanlı yenidən LXR-nın baş prokuroru seçildi

Azərbaycanlı yenidən LXR-nın baş prokuroru seçildi

Ukrayna onu axtarışa verib.

Ukraynada Azərbaycan diasporunun fəallarından olan Rauf İsmayılovun oğlu Zaur İsmayılov növbəti dəfə “Luqansk Xalq Respublikası”nın baş prokuroru seçilib.

ucarliyiq.biz xəbər verir ki, Luqanskdakı Azərbaycan diasporundan APA-ya verilən məlumata görə, Z. İsmayılovun təyinatı tanınmamış respublikanın rəhbərliyi tərəfindən təqdim olunub.

Bildirilir ki, Ukrayna Baş Prokurorluğu Z. İsmayılov barəsində cinayət işi qaldırıb və onu axtarışa verib. Z. İsmayılovun atası R. İsmayılov əslən Mingəçevir şəhərindəndir və Ukraynanın şərqində müharibə başlayanadək Luqansk Azərbaycanlıları Konqresinin fəallarından olub.