» » Almaniya sakini lotoreyada 76 milyon avro uddu

Almaniya sakini lotoreyada 76 milyon avro uddu

Almaniya sakini lotoreyada 76 milyon avro uddu

Bu məbləğ Eurojackpot tarixində ikinci ən böyük uduşdur.

Almaniyada Vestfaliya sakini (Şimali Reyn) Eurojackpot lotoreyasında 76 milyon avrodan çox pul udub.

ucarliyiq.biz Spiegel nəşrinə istinadən xəbər verir ki, bu məbləğ Eurojackpot tarixində ikinci ən böyük uduşdur.

2015-ci ilin may ayında Çexiya sakini lotoreyadan 90 milyon avro qazanmışdır. Bundan əvvəl isə Almaniyanın Hessen şəhər sakini 2014-cü ilin dekabrında 59 milyon avro udub.

Qeyd edək ki, Eurojackpot lotoreyasında 17 Avropa ölkəsinin sakinləri iştirak edə bilər.

Cek-potu qazanmaq üçün iştirakçı 50 rəqəmdən beşini və əlavə olaraq 10 rəqəmdən ikisini tapmalıdır.