» » Sarkisyan ABŞ-a gedir

Sarkisyan ABŞ-a gedir


Ermənistan prezidenti Bostona səfər edəcək.

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a səfər edəcək.

ucarliyiq.biz prezidentin rəsmi saytına istinadən xəbər verir ki, səfər martın 28-də başlayacaq.

Sarkisyan ilk növbədə Bostona gedəcək. Burada o, Massaçusets ştatının qubernatoru, erməni icmalarının liderləri və Konqress nümayəndələri ilə görüşəcək.

Ermənistan prezidenti həmçinin Massaçusets texnologiya universitetinə baş çəkəcək, universitetin tibbi laboratoriyası ilə tanış olacaq, erməni alimləri və "Luys” fondunun məzunları və təqaüdçüləri ilə görüşdə iştirak edəcək.