» » Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərir

Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərir

Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərir

““Beşlik” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmalıdır”.

Rusiya  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir. 

ucarliyiq.biz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə bəyanatlar verməsi, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə imkan yaratmır”, - deyə Peskov bildirib.  

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.)  ardıcıl şəkildə səylər göstərir. Hələlik  öyünmək üçün  heç nə yoxdur, lakin yeganə çıxış yolu odur ki, “beşlik” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratsın”, - deyə o əlavə edib.