» » Sərnişin təyyarəsi Astanada şassisiz eniş etdi - VİDEO

Sərnişin təyyarəsi Astanada şassisiz eniş etdi - VİDEO

Sərnişin təyyarəsi Astanada şassisiz eniş etdi - VİDEO

Təyyarənin göyərtəsində 116 sərnişin olub.

Qazaxıstanın Bek Air aviaşirkətinin təyyarəsi bu gün səhər saatlarında Astana hava limanında qəza enişi edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov verib.

“Bu gün saat 10:37 radələrində Astana aeroportunda Bek Air şirkətinin Qızılorda-Astana marşrutu üzrə uçan təyyarəsi qəza enişi edib. Qəzanın texniki səbəbləri bəradə şirkət özü məlumat verəcək” - İmankulov deyib.

Təyyarini göyərtəsində 116 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alan olmayıb.

Qeyd olunur ki, təyyarə eniş edərkən onun qabaq şassiləri açılmayıb.