» » Türkiyədə 25 terrorçu öldürüldü

Türkiyədə 25 terrorçu öldürüldü

Türkiyədə 25 terrorçu öldürüldü

Əməliyyatlar zamanı 1 əsgər və 1 polis şəhid olub.

Türkiyədə martın 26-da aparılan antiterror əməliyyatları zamanı Mardinin Nusaybin rayonunda 13, Hırnakda 9, Hakkarinin Yüksekova rayonunda 3 PKK terrorçusu öldürülüb, Kahramanmaraşın Pazarcık rayonunda Suriyadan qanunsuz yolla Türkiyəyə daxil olmuş əcnəbi 4 DEAŞ terrorçusu saxlanılıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahını yayıb. 

Bu gün isə antiterror əməliyyatları zamanı  Nusaybin rayonunda 1 əsgər və 1 polis şəhid olub.