» » Vitebskdə gəlin və qaynana bəyi döydülər - VİDEO

Vitebskdə gəlin və qaynana bəyi döydülər - VİDEO

Vitebskdə gəlin və qaynana bəyi döydülər - VİDEO

Hadisəni digər avtomobilin videoreqistratoru lentə alıb.

Belarusiyanın Vitebsk şəhərinin mərkəzində gəlin və onun anası bəyi döyüblər.

ucarliyiq.biz Belarus KİV-ə istinadən xəbər verir ki, hadisə martın 26-da baş verib.

İnsidenti gəlin maşının arxasınca gələn avtomobilin videoreqistratoru lentə alıb.

Avtomobildən çıxan gəlin gül buketi ilə bəyi döyməyə başlayıb. Sonradan cütlüyə yaşlı qadın yaxınlaşaraq - onun gəlinin anası olması təxmin edilir - əlindəki sumka ilə bəyi döyməyə qoşulub.

Gənc oğlana qarşı belə aqressiyanın səbəbi məlum deyil. Qeyd olunur ki, hadisə Vitebskin tarixi mərkəzində baş verib. Gənclər buraya zaqsdan sonra şəkil çəkdirməyə gəlirlər.