» » Qəzaya uğrayan “Boeing”in pilotu: Hara? Dayan! Dayan!

Qəzaya uğrayan “Boeing”in pilotu: Hara? Dayan! Dayan!

Qəzaya uğrayan “Boeing”in pilotu: Hara? Dayan! Dayan!

Onlar əl rejimində eniş etməyə çalışıblar.

Rusiyada Rostov-na-Donu aeroportunda qəzaya uğrayan “Boeing 737-800” qeydiyyatçısının şifrəsinin açılmasından sonra istintaqda dominant versiya pilotların səhvi olub.  

ucarliyiq.biz “Kommersant”a istinadən xəbər verir ki, uçuşun son dəqiqələrində pilotlar arasında təyyarənin çətin vəziyyətdən necə çıxarılmasına dair münaqişə baş verib.

İkinci dəfə enməyə çalışan heyət yenidən enişi dayandırmalı olub. Hər iki cəhdi pilotlar avtomatik rejimdə həyata keçiriblər və hər iki dəfə onlara səmtini dəyişən güclü küləkli hava şəraiti mane olub.

Bu səbəbdən təyyarənin verilmiş traektoriya üzrə avtopilot rejimində qalxmasının və enməsini təmin edən qurğusu pis işləyib.

Buna görə də enişə əl rejimi ilə getmək qərara alınıb. 270 metr hündürlükdə və eniş zolağına 6 km qalmış pilotlardan biri ikinci dairəyə gediş əmrini yerinə yetirən TOGA (Take off. Go around) düyməsini basıb. Bundan sonra pilot avtopilotu söndürüb və idarəetməni öz üzərinə götürüb.

Ekspertlər ehtimal edirlər ki, bununla yanaşı, heyət “Boeing 737”nin eniş rejimindən hündürlüyə qalxma rejiminə keçid xüsusiyyətini nəzərə almayıblar. Bu rejimlər arasında keçid zamanı - avtopilot rejimindən əl idarəsinə keçərkən təyyarəçi şturvalı özünə tərəf çəkdikdə təyyarə sürətlə yuxarı qalxacaq.

Təyyarəçilər təyyarənin manevrini anında anlamayıblar, çox güman ki, buna səbəb yorğunluq və ya təcrübənin azlığı olub. Sürət azaldıqda kabinədə mübahisə baş verib. Pilotlardan biri hündürlüyə qalxmağa, sürət yığmağa cəhd edib. Onun həmkarı ilk növbədə təyyarənin burnunun aşağı salınmasının düzgün olduğunu bildirib.

Pilotlardan biri “Dayan. Hara? Dayan! Dayan!” sözləri ilə digərini dayandırmağa çalışıb və eyni zamanda da şturvalı itələyərək hündürlüyə qalxmağın qarşısını almağa çalışıb.

Siqnalların uzlaşmaması nəticəsində təyyarə 325 km saat sürəti ilə 45 dərəcə altında aşağı istiqamətlənib. Toqquşmaya bir neçə saniyə qalmış hər iki pilotun dəhşətlə qışqırdıqları bildirilir.

Kabinədə gedən söhbətlərin yazısına görə, təyyarəçilərdən hansının səhv etdiyini, hansının isə bu səhvi aradan qaldırmasına cəhd etməsini aydınlaşdıra bilmirlər, belə ki, səslər çox oxşardır.