» » Gürcüstan İqtisadiyyat Nazirliyində yanğın

Gürcüstan İqtisadiyyat Nazirliyində yanğın

Gürcüstan İqtisadiyyat Nazirliyində yanğın

Hadisə yerində 11 yanğınsöndürən briqada işləyib.

Bazar ertəsi baş verən yanğın Gürcüstan İqtisadiyyat Nazirliyinin 500 kvadratmetrə yaxın ərazisini əhatə edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkənin Fövqəladə hallar xidmətindən bildiriblər.

“Heç bir təhlükə yoxdur. Yanğın söndürülüb. Məlumata görə, təxminən 500 kvadratmetr ərazi yanıb”, - Xidmətin əməkdaşları bildirib.

Gürcüstan KİV-nin məlumatına görə, yanğın nəticəsində xadimə xəsarət alıb. Əməkdaşlar hələlik binaya buraxılmırlar. Hadisə yerində 11 yanğınsöndürən briqada işləyib. Yanğına səbəb elektrik nasazlığı göstərilib.