» » Gürcüstanın baş nazirinin borcu gəlirindən çoxdur

Gürcüstanın baş nazirinin borcu gəlirindən çoxdur

Gürcüstanın baş nazirinin borcu gəlirindən çoxdur

İvanaşviliyə baş nazirin müavininin də borcu var.

Gürcü milyarderi Bidzina İvanişvilinin bankından Gürcüstanın baş naziri, nazirləri, deputatları yüklü məbləğdə kredit götürüblər.

ucarliyiq.biz “Qruziya online”a istinadən xəbər verir ki, bu barədə “Mediatr” Qeyri-hökumət təşkilatının apardığı tədqiqatda qeyd edilib.

Məlumata görə, monitorinq mərkəzində əmlak deklarasiyasının öyrənilməsindən sonra sabiq baş nazirin borcluları siyahısında birinci yerin hazırkı baş nazirə məxsus olduğu məlum olub.

“Kartu” bankından götürülmüş borcu bağlamaq üçün Georgi Kvirikaşvili 2015-ci ildə aldığı gəlirdən dörd dəfə artıq məbləğ ödəyib, - “Rustavi 2” məlumat yayıb.

İvanaşviliyə baş nazirin müavininin də borcu var. İqtisadiyyat naziri “Kartu bankından” 79 000 dollar borc götürüb. Dmitri Kumsişvili hesablarında yetərincə samballı məbləğ olduğu zaman borc götürüb.

Mikromaliyyə təşkilatlarından biriində iqtisadiyyat nazirinin adına olan 20 000 dollar saxlanılır və Kumsişvili hər ay bu məbləğdən faiz alır.

İvanişviliyə borclu olanların siyahısında deputatlar da var, nazirlərdən fərqli olaraq, onlara bankdan az pul veriblər, hərəsinə orta hesabla 15 000 dollar.