» » İsrail vətəndaşlarından Türkiyəni tərk etmələrini istəyib

İsrail vətəndaşlarından Türkiyəni tərk etmələrini istəyib

İsrail vətəndaşlarından Türkiyəni tərk etmələrini istəyib

Turistlərə hücum ehtimalı böyükdür.

İsrail hakimiyyəti “İslam dövləti” (İŞİD) yaraqlılarının mümkün terror aktları ucbatından vətəndaşlarından Türkiyə ərazisini tərk etməyini istəyib. 

ucarliyiq.biz Reutersə istinadən məlumat yayıb.

İsrailin terrorizm ilə mübarizə üzrə bürosu bazar ertəsi, martın 28-də ikinci dərəcəli təhlükə səviyyəsi elan edib, İŞİD və digər terror qrupları tərəfindən turistlərə hücum ehtimalının böyük olduğunu vurğulayıb.

Martın 19-da İstanbulda, kamekadze terrorçu tərəfindən partlayış törədilib. İstanbulun mərkəzində İstiqlal küçəsində baş verən partlayış nəticəsində dörd nəfər ölüb, 36 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.