» » İran Rusiyanı yalanda ittiham etdi

İran Rusiyanı yalanda ittiham etdi

İran Rusiyanı yalanda ittiham etdi

“Moskvanın bu hərəkəti Səudiyyə Ərəbistanının xeyrinə oldu”.

Biz Rusiyanın Suriyada İranı aldatdığının şahidi olduq.

ucarliyiq.biz “Еurasnews”a istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrə ofisindəki sabiq səfiri Əli Hürrəm bəyan edib.

“Rusiya bir müddət Suriyada İranı və Bəşər Əsədi dəstəklədi. Amma daha sonra atəşkəsə razılaşdı və hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxardı. Bu isə İranın regiondakı mövqeyinin zəifləməsinə səbəb oldu.

Moskvanın bu hərəkəti Səudiyyə Ərəbistanının və Türkiyənin xeyrinə oldu”, - Hürrəm, prezident Həsən Ruhaniyə yaxınlığı ilə məşhur olan “Asrian” İran informasiya agentliyinə verdiyi müsahibəsində bildirib.

“İran Suriyanın ərazi bütövlüyünü müdafiə etməyə çalışır. Amma Rusiyanın bu addımı (geri çəkilməsi) və digər ölkələrin davranışı nəticəsində İranın strategiyası məğlubiyyətə uğrayıb. Onların (Səudiyyə Ərəbistanı və Türkiyə) Suriya oyununda qalib olduqlarını deyə bilərəm”, - Hürrəm sözünü yekunlaşdırıb.