» » Peskov: KİV Putinə qarşı informasiya hücumu hazırlayırlar

Peskov: KİV Putinə qarşı informasiya hücumu hazırlayırlar

Peskov: KİV Putinə qarşı informasiya hücumu hazırlayırlar

“Kreml məhkəməyə müraciəti istisna etmir”.

Bir sıra KİV Putin bə onun ətrafına “sifarişli olduğu gizlədilməyən” informasiya hücumu hazırlayırlar.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Obyektivliyə iddia edən növbəti informasiyanın yaxın günlərdə dərc olunacaq. Biz özünü Beynəlxalq jurnalist araşdırmaları konsorsiumu adlandıran təşkilatdan dindirilmə üslubunda hazırlanmış sorğular almışıq”, - deyə, Peskov bildirib.

O həmçinin əlavə edib ki, bu sorğu ilə bağlı məlumatların yaxın günlərdə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə və Rusiyada dərc olunacağı gözlənilir.

“Biz bunun sifarişli olduğunu hesab edirik”, - deyə, Peskov vurğulayıb və bildirib ki, adı çəkilən təşkilata təkcə jurnalistlər yox, həm də xüsusi xidmət orqanları və təşkilatların nümayəndələri daxil ola bilər.

Kreml prezidentin adını ləkələyən yalan məlumatlar dərc olunduğu təqdirdə məhkəməyə müraciət edəcəklərini istisna etmir.
“Şübhəsiz, hansısa təhriflər, yalanlar olarsa, hansısa əsassız ittihamlar şəxsən dövlət başçısına toxunacaqsa, şübhəsiz prezidentimizin şərəf və ləyaqətinin həm milli, həm də beynəlxalq planda qorunması üçün hüquqi vasitələrimiz var”, - deyə, o, qeyd edib.