» » Ankara Ərdoğan və Obamanın görüşünün təşkili üzrə iş aparır

Ankara Ərdoğan və Obamanın görüşünün təşkili üzrə iş aparır

Ankara Ərdoğan və Obamanın görüşünün təşkili üzrə iş aparır

Liderlərin proqramları çox gərgindir.

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obamanın görüşü barədə məsələ hələ həll edilməyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə türk liderinin nümayəndəsi İbrahim Kalın bildirib.

“Bildiyiniz kimi, bu, ikitərəfli səfər deyil. ABŞ-da nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək, orada çox sayda iştirakçı və görüşlər olacaq. Liderlərin proqramları çox gərgindir. İndi biz ABŞ prezidenti Barak Obama ilə görüşün təşkili üzərində çalışırıq”, - o deyib.

Kalın Ərdoğanın ABŞ-dakı “görüşünə dair söhbətlərə qulaq verməməyə” çağırıb. Belə ki, Amerika-türk münasibətlərinin vəziyyəti haqqında “müəyyən ictimai fikrin formalaşmasına dair kampaniya aparılır”.   

“Bundan başqa, liderlər sammitdə gün yarım bir yerdə olacaqlar. Və onlar təhlükəsizlik mövzularını müzakirə edəcəklər”, - Kalın bildirib.  

Daha öncə “Wall Street Journal” qəzeti Obamanın Ərdoğanın “Türkiyə tərəfindən inşaatı maliyyələşdirilən məscidin açılışında bərabər iştirak etmək” haqqında təklifini qəbul etməməsinə dair məlumat yaymışdı.

Bundan başqa, “ABŞ prezidentinin “İslam dövləti” (İŞİD) ilə mübarizədə həyati mühüm müttəfiq olan türk tərəfdaşı ilə təkbətək rəsmi görüşə dair planı yoxdur”, - nəşr bildirmişdi.

Ərdoğanın ABŞ-a səfəri martın 29-na nəzərdə tutulub. Səfər aprelin 4-dək davam edəcək.