» » Britaniyalı qadın kruiz laynerinə üzərək çatmaq istədi

Britaniyalı qadın kruiz laynerinə üzərək çatmaq istədi

Britaniyalı qadın kruiz laynerinə üzərək çatmaq istədi

O, ərinin gəminin göyərtəsində olmasını düşünüb.

65 yaşlı britaniyalı turist Syuzan Braun limandan ayrılan kruiz laynerinə üzərək çatmaq istəyib.

ucarliyiq.biz The Telegraph nəşrinə istinadən xəbər verir ki, hadisə Portuqaliyada baş verib.

Hal-hazırda yaşlı qadın xəstəxanaya yerləşdirilib. Braun həkimlərə bildirib ki, suya tullanmasına səbəb Marco Polo gəmisinin göyərtəsində əri Mayklın olmasının hesab etməsi olub.

Syuzan və Maykl səyahətlərini yarımçıq qoyaraq vətənə qayıtmaq istəyiblər və bunun üçün hətta aviabilet də alıblar.

Madeyra hava limanında qadın ərini nəzərdən itirib və hesab edib ki, o gəmiyə qayıdıb.

Qeyd olunur ki, britaniyalı turist suda 3 saatdan çox vaxt keçirib. Onu yerli balıqçılar xilas ediblər. Hal-hazırda qadınla psixiatrlar işləyirlər.

Polis müəyyən edib ki, onun əri Maykl Braun əslində gəmiyə qayıtmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Britaniyaya qayıdıb-qayıtmamasını dəqiqləşdirirlər.