» » Amerikalı hərbiçi əfqanıstanlı uşağı güllələdi

Amerikalı hərbiçi əfqanıstanlı uşağı güllələdi

Amerikalı hərbiçi əfqanıstanlı uşağı güllələdi

Hadisə Kabul yaxınlığındakı aviabazada baş verib.

Amerikalı hərbiçi Kabuldan 50 kilometr aralıda yerləşən aviabazada əfqanıstanlı uşağı güllələyib, ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, amerikalı əsgər iddia edir ki, uşaq əlində avtomata oxşayan əşya tutmuşdur. Hərbi qulluqçu əvvəlcə xəbərdarlıq edib və yalnız sonra atəş açıb.

Hadisədən sonra yerli sakinlər aviabazanın qarşısında etiraz aksiyası keçiriblər. Lakin vilayətin polis rəisi Zaman Maozay hadisəin təfərrüatlarını sakinlərə açıqladıqdan sonra onlar dağılışıblar.

Zaman Maozay həmçinin faktla bağlı araşdırma başlanılmasını bildirib.