» » KİV: Savçenkonu But və ya Yaroşenko ilə dəyişə bilərlər

KİV: Savçenkonu But və ya Yaroşenko ilə dəyişə bilərlər

KİV: Savçenkonu But və ya Yaroşenko ilə dəyişə bilərlər

“Mübadilə haqqında məsləhətləşmələr aparılır”.

Rusiyada 22 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunan Ukrayna hərbçisi Nadejda Savçenkonu ABŞ-da cəza çəkən rusiyalı Viktor But və Konstantin Yaroşenko ilə dəyişdirilə bilər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “İnterfaks” məlumat yayıb.

Agentiyin həmsöhbətlərindən birinin sözlərinə görə, hazırda Savçenkonun mümkün dəyişdirilməsinə dair məsləhətləşmələr aparılır.

“Rusiya tərəfi sabiq Ukryana hərbçisini azad edilməsi müqabilində dəyişdirə biləcəyi həmvətənlərinin siyahısını təklif edib”, - mənbə bildirib.

Moskvanın ukraynalı hərbçiyə dəyişə biləcəyi rusiyalıların siyahısında sahibkar Viktor But və təyyarəçi Konstantin Yaroşenko da var.

“Onların sırasında fəaliyyəti adətən açıqlanmayan rusiyalılar da var”, - mənbə əlavə edib və Savçenkonun dəyişdirilməsi üçün problemin olmadığını vurğulyıb. Belə ki, ona qarşı qəbul edilmiş hökm qüvvəyə minməyib.

Savçenkonun vəkili Mark Feyqin bu informasiyanı şərh edərkən bəyan edib ki, Savçenkonun But və Yaroşenko ilə dəyişdirilməsinə qarşı deyil. O həmçinin bu məsələnin ABŞ-ın baş katibi Con Kerrinin Moskvaya səfəri zamanı müzakirə edildiyini də ehtimal edib.

Martın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ukraynalı hərbçinin taleyi məsələsini yalnız dövlət başçısı Vladimir Putin həll edə bilər. Martın 25-də Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Savçenkonun Rusiya qanunvericiliyinə riayət olunması şərti ilə Ukraynada saxlanılan rusiyalılara dəyişdirilməsi imkanının olduğunu bildirib.