» » Ərdoğan haqqında satirik veriliş Ankaranı qəzəbləndirdi – VİDEO

Ərdoğan haqqında satirik veriliş Ankaranı qəzəbləndirdi – VİDEO

Ərdoğan haqqında satirik veriliş Ankaranı qəzəbləndirdi – VİDEO

Səfir nazirliyə çağrılıb.

Türkiyə XİN-i Almaniyanın ARD telekanalında yayımlanan  prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini gülüş hədəfinə çevirən verilişə görə Almaniyanın Türkiyədəki səfiri Martin Erdmanı nazirliyə çağırıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Spiegel” məlumat yayıb.

Səfir Türkiyə XİN-ə hələ martın 22-də çağırılıb, amma bu barədə yalnız altı gün sonra məlum olub.

Türk hakimiyyətinin narazılığına səbəb martın 17-də efirə çıxan “extra 3” verilişi olub. Veriliş əsnasında ikidəqiqəlik “Erdovi, Erdovo, Erdoğan” adlı videoçarx göstərilib.

Çarxın müəllifləri əsasən Türkiyə prezidentinin “dəbdəbəli yaşamaq” arzusuna gülüblər. Bundan başqa, onlar Türkiyə hakimiyyətinin jurnalistlərə hücumlarını tənqid ediblər.

Alman səfirinin türk diplomatları ilə söhbətinin təfərrüatlarını vermir, sadəcə bu söhbətin uzun sürdüyünü bildiriblər.