» » KİV: Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırır

KİV: Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırır

KİV: Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırır

Yeni qiymət aprelin 1-dən qüvvəyə minəcək.

Erməni və Rusiya tərəfləri təbii qazın qiymətinin 12% azaldılmasına dair ilkin razılığa nail olublar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Aykakan jamanak” öz mənbələrinə istinadən məlumat yayıb.

Yanvarda Ermənistan hakimiyyəti Rusiyaya müraciət edərək idxal edilən təbii qazın qiymətinin azaldılmasını xahiş edib. Bununla yanaşı, Ermənistan Rusiya qazını imtiyazlı qiymətlərlə alır.

2015-ci ilin sentyabrda imzalanmış protokola əsasən, Rusiyanın Ermənistana tədarük etdiyi qazın baza qiyməti min kubmetr üçün 189 dollardan 165 dollara qədər azaldılıb. Bu tarif 2016-cı ilin aprelin 1-nə qədər qüvvədədir.

Bununla yanaşı, qiymətin azalması yerli istehlakçılara təsir etmədi. Əhali “Qazprom Armeniya” şirkətinə təbii qazın min kubmetri üçün 320 dollardan çox pul ödəməyə davam edir. İri istehlakçılar, həm də məhz Amerika valyutası ilə 272 dollar ödəyirlər.

“Aykakan jamanak” qeyd edir ki, 12% azaldıqda hazırkı 165 dollar əvəzinə, qiymət 146 dollar olacaq. Əgər yekun razılaşma əldə edilərsə, bu barədə Rusiya baş naziri Dmitri Medvedyevin 7-8 apreldə İrəvana səfəri zamanı elan ediləcək.  

Yeni qiymət aprelin 1-dən qüvvəyə minəcək.