» » Gürcülər eynicinsli nikaha nə deyəcəklər?

Gürcülər eynicinsli nikaha nə deyəcəklər?

Gürcülər eynicinsli nikaha nə deyəcəklər?

Gürcüstan MSK referendumun keçirilməsi məsələsini qeydiyyata alıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyası eynicinsli nikahlara dair referendumun keçirilməsi məsələsini qeydiyyatdan keçirib. 

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, referendumda ölkə vətəndaşlarının cavablandıracağı sual belə qoyulacaq: “Siz Gürcüstanda eynicinsli şəxslər arasında nikahın bağlanmasına icazə verilməsinə razısınız, ya yox?”.

MSK məlumatına görə, bu məsələni referenduma təqdim edən təşəbbüs qrupunun üzvləri Zurab Toloraya, Georgi Korqanaşvili, Kaxa Nikabade, Badri Kvirikaşvili, Petre Qoqosaşvili, Teymuraz Tsikarişvili və David Kuçavadır.