» » Obama Putinin bu hərəkətini qınadı

Obama Putinin bu hərəkətini qınadı

Obama Putinin bu hərəkətini qınadı

“O, bəzi şeylərlə razı deyil”.

ABŞ prezidenti Barak Obama Rusiya lideri Vladimir Putini məqalələrin dərc edilməzdən öncə redaktə etdiyi üçün qınayıb.

ucarliyiq.biz “The New York Time”ın jurnalisti Piter Beykerə istinadən xəbər verir ki, bu barədə Obama 2015-ci ildə siyasi jurnalistikada əldə edilən nailiyyətlərə görə “Toner” mükafatının təqdimetmə mərasimində bildirib.

“Obama dedi ki, Putin Ceffri Qoldberqin məqaləsindəki bəzi şeylərlə razı deyil. Sizdən fərqli olaraq, Vladimir, mən məqalələri dərc edilməzdən öncə redaktə etmirəm, deyə Obama bildirib”, - NYT jurnalistinin Tvitter ismarışında bildirilib.

Bir az öncə Rusiya XİN Putin və Obama arasında birbaşa görüşlər üçün ilin axırına qədər imkanların olduğu barədə bəyanat vermişdi.