» » Polşa və Almaniya sərhədində güclü partlayış olub

Polşa və Almaniya sərhədində güclü partlayış olub

Polşa və Almaniya sərhədində güclü partlayış olub

Ən azı səkkiz nəfər xəsarət alıb.

Polşa və Almaniya arasındakı sərhəddə güclü partlayış baş verib, nəticədə ən azı səkkiz nəfər xəsarət alıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Polşa nəşri “Chojna24” məlumat yayıb.

Partlayış Polşanın Almaniya ilə sərhədə yaxın Osinov Dolni kəndi yaxınlığındakı bazarda baş verib. KİV-də yayılan məlumata görə, bazarda pirotexnik vasitələr partlayıb.

İlkin məlumata görə, 50-yə yaxın ticarət çadırı yanıb. Bazarın üzərini tüstü bürüyüb, yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

Xəsarət alanlardan üçü Almaniya vətəndaşıdır.