» » KİV: İran Dohada neft istehsalçılarının görüşündə iştirak edəcək

KİV: İran Dohada neft istehsalçılarının görüşündə iştirak edəcək

KİV: İran Dohada neft istehsalçılarının görüşündə iştirak edəcək

Yeni görüşdə öz iştirakını 15 ölkə təsdiqləyib.

İranın neft naziri Bican Zanqane aprelin 17-də Dohada keçiriləcək neft hasilatçısı ölkələri ilə danışıqlarda iştirak edəcək, amma ölkə neft hasilatının dondurulması barədə razılığa gəlmək niyyətində deyil.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Bloomberg agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela fevralın 16-da Dohada görüş zamanı neftin dünya qiymətlərinə dəstək məqsədi ilə əgər digər istehsalçılar da təşəbbüsə qoşularsa, neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər.

Ölkələr arasında buna hazır olmaları barədə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ bildirib.

Neft hasilatı ölkələri geniş formatda görüşü aprelin 17-də Dohada (Qətərdə) gözlənilir. Daha öncə Rusiya Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak bildirib ki, yeni görüşdə iştirakı ilkin olaraq 15 ölkə təsdiq edib. Bununla yanaşı, rusiyalı nazir iştirakçıların sayının çox olmasına ümid edir.

Eyni zamanda İran bəyan edib ki, ölkə neft hasilatının dondurulması məsələsinə dair yalnız ölkədəki neft hasilatının səviyyəsinin sutkada 4 milyon barelə çatdığı halda, digər ölkələrlə sövdələşməyə gedəcək. Hazırda İranda neft hasilatı OPEK-in məlumatlna görə, gün ərzində 3,1 milyon barel səviyyəsindədir.