» » Trampın seçki qərargahının rəhbəri həbs edildi

Trampın seçki qərargahının rəhbəri həbs edildi

Trampın seçki qərargahının rəhbəri həbs edildi

Livandovski jurnalisti döyməkdə ittiham olunur.

ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd milyarder Donald Trampın seçki qərargahının rəhbəri Kori Livandovski Florida ştatında həbs olunub, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Cupiter şəhərinin polis idarəsinin nümayəndəsi bildirib ki, siyasi konsultantı jurnalisti döyməkdə ittiham edirlər.

Hökümətin məlumatına görə, Livandovski martın 8-də Trampın seçicilərlə görüşü zamanı Mişel Filds adlı jurnalistin əlindən sərt şəkildə  tutub. 

Milyarder “Livandovskinin günahsız olması” barədə bəyanat yayıb.

“O, məhkəmənin başlanmasını gözləyir. Livandovski əmindir ki, onun üzərindən ittihamlar götürüləcək”, - Tramp qeyd edib.