» » Ruhani Avstriyaya səfərini təxirə saldı

Ruhani Avstriyaya səfərini təxirə saldı

Ruhani Avstriyaya səfərini təxirə saldı

Avstriya prezidenti təəssüfləndiyini bildirib.

İran prezidenti Həsən Ruhani Avstriyaya 2 günlük səfərini  təhlükəsizlik baxımından qeyri-müəyyən müddətə təxirə salıb.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, Ruhani Vyanaya martın 29 axşam saatlarında gəlməli idi. 

Avstriyadan əvvəl Həsən Ruhaninin Bağdada səfər etməli idi. Lakin bu səfərin də təxirə salındığı qeyd olunur.

Avstriya prezidenti Haynts Fişer İran prezidentinin Vyanaya səfərini təxirə salması ilə bağlı təəssüfləndiyini bildirib.