» » Əfqanıstanda ABŞ qırıcısı qəzaya uğradı

Əfqanıstanda ABŞ qırıcısı qəzaya uğradı

Əfqanıstanda ABŞ qırıcısı qəzaya uğradı

Özünü katapult edən pilot xilas olunub.

Əfqanıstanda ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsi qəzaya uğrayıb. 

ucarliyiq.biz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

Onun sözlərinə görə, təyyarə “Bağram” aviabazasından havaya qalxarkən qəzaya uğrayıb. 

“Təyyarə 20.30 radələrində “Bağram” aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. Özünü katapult edən pilot xilas olunub”, - deyə o brifinqdə bildirib.  

Qəzanın səbəbləri araşdırılır.