» » Ağ Ev: Rusiya özünütəcridlə məşğuldur

Ağ Ev: Rusiya özünütəcridlə məşğuldur

Ağ Ev: Rusiya özünütəcridlə məşğuldur

Nüvə təhlükəsizliyi üzrə sammit bu həftə Vaşintqonda keçiriləcək.

Vaşintqonda nüvə təhlükəsizliyi sammitində iştirakdan imtina edən Rusiya “özü özünü təcrid edib”. 

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods çıxış edib.

“Rusiyanın yüksək səviyyədə müzakirələrdə iştirakdan imtina etməsi bizim fikrimizcə ilk növbədə Rusiya üçün əldən buraxılmış imkan deməkdir”, - deyə, Rods jurnalistlərə bildirib.

“Açığını desəm, onların etdikləri budur ki, əvvəlk kimi nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıqda iştirakdan yayınaraq, özlərini təcrid edirlər”, - deyə, məmur vurğulayıb. 

ABŞ-ın rəhbərliyi altında nüvə təhlükəsizliyi üzrə sammit bu həftə Vaşintqonda keçiriləcək. Rusiya tədbirdə iştirakdan imtina edib.