» » Pele Samsung-a qarşı 30 milyon dollarlıq iddia qaldırdı

Pele Samsung-a qarşı 30 milyon dollarlıq iddia qaldırdı

Pele Samsung-a qarşı 30 milyon dollarlıq iddia qaldırdı

Onun maraqlarına zərər vura bilər.

Braziliyalı futbolçu Pele Cənubi Koreyanın Samsung şirkətinə qarşı 30 milyon dollarlıq iddia qaldırıb. 

ucarliyiq.biz Chicago Tribune-yə istinadən xəbər verir ki, buna səbəb onun oxşarından reklamda qanunsuz istifadədir.

Martın əvvəlində Pelenin adından göndərilən iddiada bildirilir ki, Samsung televizor reklamında Pelenin oxşarından qanunsuz istifadə edib. 

Reklam The New York Times-də ötən ilin oktyabrında yerləşdirilib. Həmin tarix üçün Samsung Pele ilə futbolçunun obrazından istifadə barədə danışıqları kəsmişdi. 

Reklamda Pelenin adı birbaşa çəkilməsə də, kadrlarda böyük braziliyalıya “çox bənzəyən” yaşlı qaradərili insanın böyük fotoportreti var. Bununla da, erklam istehlakçıları aldada və Pelenin maraqlarına zərər vura bilər, vəkillər deyirlər. 

Vəkillər Pelenin öz obrazından qeyri-qanuni istifadədən aldığı zərəri 30 milyon dollar qiymətləndiriblər. Pele Samsung ilə danışıqları 2013-cü ilin sonunda aparıb və son anda şirkət danışıqlardan çıxaraq, futoblçunun obrazından istənilən forma və formatda istifadə hüququnu ala bilməyib.