» » Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb

Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb

Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb

Hücum təyyarəsi yaşayış məntəqəsinə düşüb.

Primorsk vilayətində “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanındakı mənbəyə istinadən bildirib.

“Pilot katapult edə bilib. İlkin məlumata görə, o, xəsarət almayıb”, - agentliyin həmsöhbəti bildirib.

Qəza Çerniqov rayonunda aerodrom yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarənin mühərriki sıradan çıxıb.

Çerniqovun administrasiyasında TASS-a qəza yerində ölən və dağıntı olmadığını təsdiqləyiblər. Amma təyyarənin “yaşayış mnətəqəsinə düşdüyü” vurğulanıb.

Eyni zamanda, güc strukturlarındakı mənbə bildirib ki, “Su-25” bostana düşüb. Təyyarə düşərkən iki təsərrüfat tikilisini dağıdıb.