» » Rusiyadan Azərbaycana pul köçürmələri azalıb

Rusiyadan Azərbaycana pul köçürmələri azalıb

Rusiyadan Azərbaycana pul köçürmələri azalıb

Köçürmənin orta məbləği 14% azalıb.

2015-ci ildə Rusiyadan pul köçürmələrinin sayı ümumilikdə 44%, o cümlədən MDB ölkələrinə 45% azalıb.

ucarliyiq.biz xəbər verir ki, mütəxəssislər bu azalmanı Rusiyadakı böhran və rublun kəskin devalvasiyası ilə izah edirlər.

Rusiyadan pul köçürmələri əsasən Tacikistan, Qığızıstan, Özbəkistan, Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Çexiya, Qazaxıstan, Abxaziya, Belarus və Çinə edilirdi.

Köçürmənin orta məbləği 14% - 363 dollara qədər azalıb.

Köçürmələrin əsas hissəsi Özbəkistana – 3,059 milyard dollar, Tacikistana – 2,22 milyard dollar, Qırğızıstana – 1,383 milyard dollar, Ukraynaya – 1,252 milyard dollar, Ermənistana – 941 milyon dollar və Azərbaycana – 826 milyon dollar edilib.