» » Rusiya Türkiyəni yeni qadağalarla hədələdi

Rusiya Türkiyəni yeni qadağalarla hədələdi

Rusiya Türkiyəni yeni qadağalarla hədələdi

“İdxalın məhdudiyyətinə dair qərar bir ay müddətinə qəbul edilə bilər”.

Rusiya Türkiyə meyvə və tərəvəzlərinin idxalına əlavə qadağalar tətbiq edə bilər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə verdiyi müsahibəsində Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert bəyan edib.

Yüksəkvəzifəli məmurun sözlərinə görə, türk hakimiyyəti ilə danışıqlar nəticəsiz olduğu halda, yeni qadağalar tətbiq edilə bilər.

O qeyd edib ki, idxalın məhdudiyyəti haqqında qərar bir ay müddətində qəbul edilə bilər.

Xatırladaq ki, Rusiyanın “Su-24” bombardmançısının Suriya səmasında Türkiyə HHQ tərəfindən vurulmasından sonra Moskva Ankaraya qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Rusiya yanvarın 1-dən etibarən Türkiyədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə qadağa qoyub.  

“Rosselxoznadzor” Türkiyə tərəfini bu ölkədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə dair vəziyyətin müzakirəsi üçün Moskvaya dəvət edib.

Daha öncə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin bildirdiyi kimi, Rusiya Türkiyə ərzaqlarını digər ölkələrdən gətirilən məhsullarla əvəz edə bilər. Belə ki, Türkiyə meyvə və tərəvəzinin əvəzinə, kənd təsərrüfatı malları Azərbaycan, İran, Özbəkistan, Mərakeş və CAR-dan idxal edilə bilər.