» » Əsəd Suriyanın müharibədən gördüyü ziyanı açıqladı

Əsəd Suriyanın müharibədən gördüyü ziyanı açıqladı

Əsəd Suriyanın müharibədən gördüyü ziyanı açıqladı

“İnfrastrukturun bərpası uzun zaman tələb edir”.

Suriyanın 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinin vurduğu zərər artıq 200 milyard dolları keçib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə verdiyi müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.

“İqtisadi zərər və infrastruktura dəyən zərər 200 milyard dollardan artıqdır. İqtisadi məsələləri Suriyada vəziyyət sabitləşdikdə həll etmək olar. Amma infrastrukturun bərpası uzun zaman tələb edir”, - Əsəd deyib.

Suriyada 2011-ci ilin mart ayından silahlı münaqişə davam edir. Bu münaqişə nəticəsində BMT-nin məlumatına görə, 220-dən çox adam ölüb. Hökumət qoşunlarına qarşı müxtəlif silahlı qruplaşmalara aid yaraqlılardan ibarət dəstələr döyüşür.