» » Sarkisyanı Əliyevlə görüşə uçarkən partlatmaq istəyiblər

Sarkisyanı Əliyevlə görüşə uçarkən partlatmaq istəyiblər

Sarkisyanı Əliyevlə görüşə uçarkən partlatmaq istəyiblər

Fiziki olaraq bunu etmək mümkün idi.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq idarəsi rəisinin birinci müavini, istintaq qrupunun rəhbəri Mikael Ambartsumyan Artur Vardanyan qruplaşması tərəfindən hazırlanan hərbi çeviriliş və Ermənistan prezidentinə qəsdin hazırlanmasına dair sənədlər təqdim edib.

ucarliyiq.biz “Novosti Armenii”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, qruplaşmanın bəzi üzvləri Ermənistan prezidentinin təyyarəsini partlatmağı təklif ediblər, amma qrupun rəhbəri bu planı qəbul etməyib.

İdeya, əsasən Azərbaycan prezidenti ilə görüşə yola düşərkən erməni prezidentin təyyarəsinə “Zvartnots” aeroportunda hücumdan ibarət idi.

“Biz yeri öyrənirdik. Fiziki olaraq bu, mümkün deyildi, amma Artur Vardanyan qərar qəbul etməmişdi, hər şey müzakirə mərhələsində idi”, - MTX nümayəndəsi bildirib.

Erməni xüsusi xidmətinin nümayəndəsinin qeyd etdiyi kimi, qrupun əsas məqsədi silahlı çevirilişin həyata keçirilməsindən ibarət idi. Hədəf kimi dövlət hakimiyyəti orqanları, o cümlədən də dövlət rəhbəri, parlament, eləcə də “eyfel” kimi işarələnmiş ictimai televiziya idi.

Çevirilişi noyabrın ortasında həyata keçirmək planlaşdırılırdı. Hüquq-mühafizə orqanı əməkdaşlarını nəzərinə qrup sentyabr-oktyabr aylarında düşüb.

Qrup üzvlərində İrəvanın xəritəsi tapılıb. Xəritədə qrupun hərəkətə keçməli olduqları yerlər, eləcə də vaxtında yardımın göstərilməsinə mane olmaq üçün tıxacların yaradılacağı körpü və küçələr qeyd edilib.

Qrupun üzvlərinin adlarının, onlara verilən silahların, eləcə də üzvlərin ləqəblərinin yazıldığı siyahı da aşkar edilib.

Qrup üzvləri dövlət orqanlarında kameraların yerlərini və mühafizənin işini, həmçinin hazırkı prezidentin mühafizəsinin fəaliyyətini də öyrəniblər.